“Təhlükəsiz yol hərəkəti uğrunda!” İctimai televiziyada

itv102 iyul 2009-cu il tarixində İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş verilişdə ekspert qismində Baş Dövlət Yol Polisinin şöbə rəisi Ərəstun Məcidov, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Nəqliyyat Nazirliyinin katiblik rəhbəri Namiq Həsənov və sosioloq Əhməd Qəşəmoğlu dəvət olunmuşlar.Veriliş  zamanı həm studiyadakı iştirakçılar, həm də telefon bağlantısı ilə əlaqə saxlayan tamaşaçılar tərəfindən səslənən çoxsaylı sual, irad  və təkliflərə ekspertlər cavab vermişlər.  Mövzunun tamaşaçılar tərəfindən aktual və zəruri olduğu bildirildi və buna görə İTV kanalı və aparıcı Mehparə Quliyevaya minnətdarlıq səsləndi. Nəticədə maraqlı, canlı müzakirələr və mübahisədərlə dolu veriliş baş tutdu. Vətəndaşları maraqlandıran sualların hamısına dərhal cavablandırıldı, bəzi faktlar isə dövlət strukturlarının nümayəndələri tərəfindən qeydiyyata götürülərək araşdırılması söz verildi.

There are no images in this gallery.

2.07.2009