Regionlarda təlimlər davam edir

Aprelin 1-də “ELS”-ın təlimçiləri Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Zaqatala, Balakən, Gəncə, Ağstafa, Qazax, Göygöl, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Goranboy, Yevlax, Kürdəmir, Lerik, Astara, Lənkəran, Biləsuvar, Neftçala rayonlarında “exit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər keçiriblər.

FOTOQALEREYA

“Exit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində “ELS”-ın təlimçiləri 3 gün ərzində ölkənin bütün regionlarında (Naxçıvan istisna olunmaqla) treninqlər təşkil edir, könüllülərə seçki günü görəcəyi işlər barədə ətraflı məlumat verir, sənədlərlə işləmə mexanizmini öyrədirlər.

Qeyd edək ki, intervüerlərin topladıqları anketlər gün ərzində 4 dəfə hesablanacaq və nəticələr mərkəzi qərargaha ötürüləcək. “Exit-poll”un nəticələri seçki məntəqələri bağlanandan bir saat sonra açıqlanacaq.

1.04.2018