Referendumun gedişini izləmək üçün MSK-da 1395 müşahidəçi qeydiyyatdan keçib

Martın 18-də keçiriləcək referendumu izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 1395 müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, qurumda müşahidəçilərin qeydiyyatı martın 8-də dayandırılacaq. Dairə Seçki Komissiyalarında (DSK) isə 21 min 627 müşahidəçi qeydə alınıb. DSK-larda müşahidəçilərin qeydiyyatı martın 13-də səsverməyə 5 gün qalmış dayandırılacaq. MSK-da qeydə alınmış müşahidəçilər bütün ölkə ərazisində istənilən seçki dairəsində, DSK-da qeydə alınan müşahidəçilər isə konkret bir seçki dairəsinin ərazisində müşahidə aparmaq hüququna malik olacaqlar. Müraciət edən bütün müşahidəçilər müşahidəçilik vəsiqəsi ilə təmin olunublar.
Mənbə: www.apa.az

6.03.2009