Prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 125 seçki dairəsi üzrə 5 426 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Beləliklə, ümumilikdə prezident seçkilərində seçicilər 5 641 seçki məntəqəsində səs verəcək.

Bu arada prezident seçkilərini müşahidə etmək üçün akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 600 nəfəri ötüb. Prezident seçkiləri ilə əlaqədar 53 təşkilat və 54 ölkədən 603 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 55 965 nəfərdir.

1.04.2018