Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollanda başsağlığı verib

Ilham Eliyev Imzalanma 130510Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Parisdə terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib. APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

8.01.2015