Paytaxtın mərkəzində möhtəşəm “Qış bulvarı” açılacaq

Buz_meydancasi04Tezliklə paytaxt sakinləri asudə vaxtlarını “Qış bulvarı” adlanan daha bir gözəl parkda  keçirmək imkanı əldə edəcəklər. Day.az saytı Milli az xəbər portalına istinadən Bakının mərkəzində salınmış park tezliklə istifadəyə veriləcək.

Heydər Əliyev Sarayından Fizuli meydanına qədər ərazini əhatə edən parkda təmir işlərinin əsas hissəsi başa çatmışdır. Parkda işıqlandırma sistemi, oturacaqlar, dekorativ ağaclar və bitkilər quraşdırılmış, digər mühüm işlər görülüb. Bundan əlavə, parkda möhtəşəm fəvvarə belə artıq hazırdır.

12.04.2013