ELS yetirməsini təbrik edir

01.06.2016İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda  Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Uşaq bağçaları və uşaq evlərinin yetirlmələri rəngarəng mahnı və rəqslərlərdən ibarət konsert göstərdilər. Konsert nəinki azyaşlı tamaşaçılar və onların valideynlərinə, həm də gənc ifaçıların özlərinəböyük sevinc bəxş etdi.

Konsertin ərsəyə gətirənlər arasında onun quruluşçu-rejissoru “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin “Yeni nəsl” nominasiyasının qalibi Səbinə Ağaşirinova olmuşdur. Səbinənin yazdığı uşaq nagılları, təmsil və şerləri, onlara çəkdikləri şəkillərlərwww.meneviservetimiz.az saytının “İlk qələmlər” bölməsində yerləşdirilmişdir. İllər uzunu bağça müəlliməsi işləyən və körpələrə böyük məhəbbətlə yanaşan, indi isə İncəsənət Universitetinin rejissorluq fakultəsinin tələbəsi olan Səbinə yenə də böyük həvəslə uşaq bayramının təşkilinə qatıldı və uğurlu bir nəticə əldə etdi. Təbrik edirik! FOTOQALEREYA 

7.06.2016