Moskvada Nəsiminin heykəlinin açılışı olacaq

Oktyabrın 30-da Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin heykəlinin açılış mərasimi keçiriləcək. İmadəddin Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb. Məlumatı “Vestnik Kavkaza” yayıb.

Bu il orta əsrlərin ən görkəmli şairlərindən biri, Hurufizmin davamçısı, mistik şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 ili tamam olur. Şair Azərbaycan, fars və ərəb dillərində yazıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda 2019-cu il Nəsimi ili elan olunub.

30.10.2019