Minskdə Azərbaycan günü keçirilib

Minskdə II Avropa Oyunları çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyilə “Azərbaycan Günü” təşkil olunub.

Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən musiqi alətləri, xalça və xalq tətbiqi sənəti nümunələri, mis qablar, milli geyim, milli suvenirlər, müxtəlif çap və poliqrafiya nümunələri və I Avropa Oyunlarını əks etdirən foto-sərginin nümayiş edilmiş və burada quraşdırılan böyük səhnədə 2 saatlıq konsert proqramı təşkil olunmuşdur.

Konsert proqramında respublikamızın Xalq artisti Tünzalə Ağayevanın milli, estrada və bəstəkar mahnılarını ifa etməsi alqışlarla qarşılanmışdır. Həmçinin “Sarı Gəlin” rəqs ansamblinin nümayiş etdikləri rəqslər tamaşaçılar tərəfindən maraq və rəğbətə səbəb olmuşdur.

24.06.2019