Layihəmiz davam edir

“ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi davam edir.

Oktyabr ayının 16, 19 və 23-də standartlaşma sahəsində fəaliyyət göstərən mütəxəssislər “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin peşələrinə, həmçinin mədən sənayesində işləyən istehsalçıların şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə, standartlaşdırmanın zəruriliyi və prosedur qaydalarına dair geniş məlumat almaları məqsədilə treninqlər keçirəcəklər.

Qeyd edək ki, avqustun 1-dən dekabrın 1-nə kimi (4 ay) davam edəcək layihə Azərbaycanda hasilat sənayesində texniki tənzimləmə sisteminin yaradılması və standartlaşdırma sisteminin modernləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, MSŞT prinsiplərinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsi məqsədini daşıyır.

2.10.2018