Layihə yeni mərhələyə keçdi

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birlyi Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı keçirəcəyi qala-konsertə hazırlıq çərçivəsində səsyazma studiyasında mahnıların audio yazılarına başlayıb. 

Layihənin işçi qrupu 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokalçıları, həmçinin layihəyə böyük həvəslə qatılan Oqtay Zülfüqarovun nəticələri ilə birgə qala-konsertdə səslənəcək bəzi mahnıların audio yazılarını həyata keçirib.

Qeyd edək ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc solistlərinə vokal müəllimi Gülnarə Qurbanova rəhbərlik edir.

Xatırladaq ki, Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsert iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırma Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçiriləcəkdir.

13.05.2019