Haqq mənəm, haqq məndədi…

Beynəlxalq Muğam Mərkəzində “Haqq mənəm, haqq məndədi” adlı bədii-musiqili gecə keçirilib. Trend Life xəbər verir ki, Muğam Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə birgə təşkilatçılığı ilə “Haqq mənəm, haqq mənliydi” adlı gecə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Nəsimi ili elan edilib.

Tədbirdə dahi şairin əsərlər səsləndirilib. Vokalçılar Nuriyyə Hüseynovanın bədii rəhbər olduğu “Dədə Qorqud” ansamblının müşayiəti ilə çıxış edib.

30.10.2019