Enerji resurslarından effektiv istifadəyə aid layihə üzrə komissiya işə başlamışdır

elec3Bu gün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2010-cu il 11 fevral tarixli 11 nömrəli əmri ilə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” qanun və “Enerji resurslarından effektiv istifadə üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın ilk iclası keçirilmişdi. İclasda Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərenerji”ASC, Standartlaşdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Bakı Metropoliten İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “ELS”Müstəqil Araşdırmalar Mərkəzi, Azad İstehlakçılar Birliyinin nümayəndələri iştirak etmişlər.İclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin müavini Gülməmməd Cavadov yaradılmış komissiyanın vəzifələri və qoyulan məqsədləri haqda iştirakçıları məlumatlandırmışdı. Layihədən gözlənilən nəticə və strateji proqramlar fondu haqqında isə Böyük Britaniyanın Azərbaycandakı Səfiri Karolin Braun məlumat vermişdir. Layihədə görülən işlər haqqında ümumi məlumatla Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Energetika şöbəsinin müdir müavini, Layihələr üzrə əlaqələndirici şəxs Vaqif Nəsibov çıxış etmişdi.
Qeyd etmək istərdik ki, layihə Böyük Britaniyanm Azərbaycandakı Səfirliyinin və “Ploutos Capital” konsalting şirkətinin dəstəyi ilə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının 1996-cı il 30 may tarixli 94-İQ nömrəli Qanununa əsasən həyata keçirilir.

elec1 elec2 elec4

19.02.2010