“ELS” Parlament seçkiləri ərəfəsində təlimlər keçirib

5“ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu il noyabrında keçiriləcək parlament seçkilərində “Ekzitpol” tədqiqatını reallaşdırmaq məqsədilə oktyabrın 2-dən başlayaraq Bakıda həyata keçirdiyi təliməri sona çatdırıb. Oktyabrın 8-dək keçirilən təlimlərdə 720 nəfər intervüer iştirak edib. İntervüerlərə “Ekzitpol” tədqiqatı müddətində görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunukasiya texnologiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar izah edilib. Bundan əlavə “Ekzitpol” tədqiqatında iştirak edəcək supervayzerlərdə təlimlərə qatılıb. Növbəti təlimlər isə oktyabr ayının 20-dək respublikanın digər regionlarında həyata keçiriləcək. KİV

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı “Ekzitpol” tədqiqatını həyata keçirib. Ötən seçki illərindən fərqli olaraq, mərkəz bu il noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində 118 dairə üzrə 1180 məntəqədə “Ekzitpol” tədqiqatı həyata keçirəcək.

Mərkəzin “Ekzitpol” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.
« 1 of 2 »

10.09.2010