“ELS” Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəsinin təqdimatını keçirdi

23.04.2015bmmAprelin 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsini Beynəlxalq Mətbuat Mərkəzində təqdim etdi.

Aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova açdı. O, ilk öncə “ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələrini açıqladı. Sorğu nəticəsində müəyyən edilmişdir ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilmişdir. Sorğunun nəticələri:   FOTOQALREYA 

Məhz buna görə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi İKV-nin imkanlarından istifadə edərək milli-mənəvi dəyərlərin təbliği məqsədilə ictimai müzakirələri televiziya efirində aparmaq qərarına gəldi. Bu gün yüksək reytinqə malik İctimai Televiziyanın yetişən nəslin milli ruhda mədəni-mənəvi formalaşması və tərbiyələndirilməsində önəmli əhəmiyyət verməsini nəzərə alaraq, bu telekanalın efirində yayımlanan “Açıq dərs” tok-şousunun 6 verilişinin “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi ilə birgə təşkili və milli-mənəvi dəyərlərin qorunmasına həsr edilmiş ictimai müzakirələrin keçirilməsi təklif edilmişdir. Artıq çəkilişlər başlayıb və ilk veriliş aprel ayının 29-da yayımlanacaq.

Sonra mövzu ətrafında ictimai müzakirilər başladı. İctimai Televizyanın Gənclər, Elm və Təhsil və Gənclər departamentinin direktoru Zaur Mahmudov dedi ki, İctimai Televiziyanın proqram siyasətində milli-mənəvi və ümumbəşəri dəyərlər prioritet təşkil edir. İTV gənclərin milli-mənəvi ruhda formalaşması istiqamətində biri-birindən maraqlı maarıfləndirici verilişlər hazırlayır. Bu səbəbdən də İctimai Televiziya ELS-ın layihəsinə qoşulub və hazırda aprelin 29-dan yayımlanacaq “Açıq dərs” verilişinin çəkilişləri gedir.

Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov müzakirəyə çıxarılan mövzunun son dərəcə aktual və taleyüklü olduğunu vurğuladı. Onun fikrincə, yerli telekanallarda millətin əxlaqi və mədəni dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi ilə bağlı ciddi problemlər yaşanır. Qərb dəyərlərinin zərərli vərdişləri gənclərə aşılanır və bunun qarşısını alan yoxdur.

Milli Teleradio Şurası hüquq şöbəsinin müdiri Nemət Cavadov təmsil etdiyi qurumun  teleradio sahəsində dövlət nəzarətini həyata keçirən yeganə rəsmi orqan olduğunu vurğuladı. Onun sözlərinə görə, milli mənəvi dəyərlərin qorunması  Televiziya və Radio Yayımı haqqında Qanunun 32 maddəsində öz əksini tapmışdır. “Biz yalnız tövsiyyələr verə bilərik, hələ ki, qanunvericilikdə cəzalandırma ilə bağlı maddə yoxdur. Amma əgər hər hansı telekanal lisenziyanın şərtlərini pozarsa, o zaman onun fəaliyyəti 1 ay müddətinə dayandırıla bilər”, – deyən MTRŞ rəsmisi hazırda qanunun təkmilləşdirilməsi üzərində iş gedir.

İki saat davam müzakirələrdə Ombudsman Aparatı, Bakı Slavyan Universiteti, Beynəlxalq Əlillər Cəmiyyəti və digər qurumların təmsilçiləri maraqlı fikir və problemin həlli istiqamətində təkliflərlə çıxış etdilər.

« 1 of 2 »

23.04.2015