“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Exit-poll” tədqiqatının treninqlərinə start verib

treninq_209.12.09ELS cari ilin dekabr ayının 23-də bələdiyyə şeçkilərində AVCİYA ilə birgə keçiriləcək “Exit-poll” tədqiqatının hazırlıq mərhələsi çərçivəsində intervüer və supervayzerlərin treninqlərinə başlamışdır. İlk treninqdə Nərimanov bələdiyyəsində “exit-poll” tədqiqatının seçiminə düşən məntəqələrində intevrüer və supervayzer qismində cəlb olunanalr iştirak etmişlər. Təlim zamanı təaqiqat iştirakçılarının funksiya və vəzifələri izah edilmiş, istifadə olunacaq müvafiq sənədlərlə işləmək qaydalarına dair təlim keçirilmişdir. Treninq iştirakşıları sənədlərin doldurulma qaydaları haqqında ətraflı məlumatlandırılmışlar. Treninqi aparan təlimçilər iştirakçıları maraqlandıran sualları cavablandırmışlar. Treninqin gedişi İctimai televiziya əməkdaşları tərəfindən televiziyada işıqlandırılmışdır.

Qeyd edək ki, treninqlər dekabr ayının 19-dək aparılacağı nəzərdə tutulmuşdur.

10.12.2009