“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit poll” keçirməyə hazırdır

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında  (MSK) akkreditasiya olunub. Bu barədə Secki-2015.az saytına mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib.O bildirib ki, hazırlıq işləri bir neçə ay əvvəl başlayıb və “exit poll” keçirmək üçün artq əməkdaşlar seçilib. Onlar Bakı, Sumqayıt, Abşeron, Xızı və İsmayıllıda treninqlər keçiblər. Rayonlarda isə treninqlər 17-28 oktyabr tarixlərində keçirilir…

“Exit-poll” sorğusu 118 dairədə 1180 seçki məntəqəsini əhatə edəcək. Başqa sözlə, sorğu Naxçıvan MR istisna olmaqla bütün ölkəni əhatə edəcək. Seçki məntəqələrindən çıxan seçicilərə suallar veriləcək və 12 sualdan ibarət anketi doldurmaq təklif ediləcək. Bu metod hətta MSK-dan daha əvvəl seçkilərin ilkin nəticələrini bilməyə imkan verir. Adətən ilk sual “kimə səs verdiniz?” olur. Digər suallar isə (yaş, təhsil, ixtisas və s.) sırf demoqrafik xarakter daşıyır. Bu sorğular bizə həm nəticələri əldə etməyə, həm də azərbaycanlı seçicinin real obrazını yaratmağa imkan verir”,- deyə “ELS” rəhbəri bildirib.

İ. Yaqubova əlavə edib ki, hər “exit-poll”un nəticəsi ayrıca kitab şəklində nəşr olunur:” Bu yolla da seçicilərin tərkibinin dəyişmə dinamikasını müəyyən etmək mümkün olur. “Exit-pol”lun nəticələri noyabrdın 1-də  saat 19.30-da səsvermə məntəqələri bağlandıqdan yarım saat sonra məlum olacaq.

Qeyd edək ki, “ELS” Araşdırmalar Mərkəzi 2006-c ildən başlayaraq Azərbaycanda keçirilən bütün seçkilərdə “exit-poll” keçirib.

24.10.2015