ELS-Müstəqil Araşdırmalar Mərkəzi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşulur

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV-nin birgə başladığı “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşulur.Dünyanı bürüyən və faciyəli nəticilərlə bəşəriyyəti sınağa çəkən koronavirus Azərbaycandan da yan keçməyib. Ölkə rəhbərliyinin qəbul etdiyi qərarlara riayət edərək hərəkət etməklə vətəndaşlarımız həm özlərinin, həm yaxınlarının, həm də cəmiyyətimizi bütövlükdə sağlamlığının qorunması və xəstəliyinin yayılmasına sədd qoymasına nail ola bilərlər. Dünya təcrübəsi özünü izolyasiya üsulunun effektiv olmasını təsdiqləyib. Bunu dərk edərək virusun qarşısının alınması istiqamətində mövcud qərarların xalqımıza çatdırılmasında ictimai dəstəyi göstərməkdə israrlı olduğumuzu bəyan edirik və “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.

30.03.2020