ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edir

ELS Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyi “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsinə maliyyə dəstəyi verən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edir. FOTOQALEREYA

Həyata keçirdiyimiz layihə çərçivəsində iyunun 4-də təşkil Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, Şöhrət ordenli bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyi ilə əlaqədar “Şənlən, mənim xalqım” adlı Qala-konsertimiz anşlaqla keçdi.

Biz bu layihəni gerçəkləşdirməklə, Oqtay müəllimin əziz xatirəsini yad etmək və təkrarolunmaz əsərlərini bir daha gündəmə gətirib onlara yeni nəfəs vermək istədik. Şuranın dəstəyilə həyata keçirdiyimiz layihə bəstəkarın uşaq mahnılarının aranjeman olunması ilə Təhsil Nazirliyinin 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivlərin ifasında tamaşaçılara əsl bayram ab-havası yaşatdı. Rəsmi dövlət qurumlarının təmsilçiləri, tanınmış incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, ictimai təşkilatlar, mətbuat nümayəndələri və nəhayət O.Zülfüqarovun ən balaca və sevimli tamaşaçılarının iştirak etdiyi Qala-konsert hər kəsə musiqi bayramı yaşatdı.

Son 10 ildə təqdim etdiyimiz layihələrə dəstək verib onları reallaşdırmaq imkanını bizə yaratdığına görə Azay Quliyev başda olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bir daha təşəkkür edirik!

14.06.2019