“Ekzit-poll” tədqiqatı başa çatdı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqlayıb. Belə ki, 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparılan “Ekzit-poll”da seçici fəallığı 38,30% olub.
Seçkidə namizədlərin dəyərləndirilməsinə gəlincə, seçicilər Yeni Azərbaycan Partiyasına (YAP) – 67,90%, digər siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərə 5,47%, digər namizədlərə – 26,63% səs vermişlər.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “İrşad” otelində yerləşən gərargahında gün ərzində telefon operatorları intervüyerlərdən məlumat almış, sonra həmin rəqəmlər kompüter operatorları tərəfindən işlənmişdir.