Yanvarın 13-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan “Bazar səhəri Rövşanə ilə” verilişinin qonağı olub. Verilişdə gənc nəslin formalaşmasında mədəniyyətin rolu, o cümlədən uşaq mahnıları, uşaq və yeniyetmələrin mədəni istirahəti və s. bu kimi aktual məsələrlə bağlı ölkədəki mövcud vəziyyət müzakirə edilib, çıxış yolları axtarılıb. Söhbət boyu maraqlı fikirlər, sms-lər səslənib. Qəribə də olsa, sms-rin birində Azərbaycanın Avropaya inteqrasiya etməsi səbəbindən uşaqlar üçün yeni mahnıların yazılması və ümumiyyətlə milli mahnı bazasının inkişafına hətta ehtiyac qalmadığı vurğulanıb.
“ELS” Müstəqil Araşdırma Mərkəzi ANS telekanalının canlı efirində
14.01.2013