“ELS” Bakı, Abşeron və Sumqayıtda təlimləri yekunlaşdırdı

18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə Bakı, Abşeron və Sumqayıtın seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri başa vurdu. Təlimlərin son günü, oktyabrın 18-də təlimlərdə Sumqayıt şəhəri, Xəzər, Pirallahı, Qaradağ, Sabunçu, Səbail və Nizami rayonlarında işləyəcək supervayzer və intervüerlər iştirak edib.

Xatırladaq ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçirilir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-də Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcəkdir… FOTOQALEREYA

« 1 of 2 »

18.10.2015