Dekabrın 23-də səhər saat 08.00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində apardığı “Ekzit-poll” tədqiqatına start verdi. Təşkilatın “İrşad” otelindəki seçki gərargahında işləyən telefon operatorları artıq bölgələrdən “ekzit-poll” tədqiqatının başlanması haqqında intervüyerlərdən məlumatı qəbul ediblər.
Gün ərzində seçicilərin “ekzit-poll”da iştirakı ilə bağlı məlumatlar birbaşa “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin els.az ünvanındakı internet səhifəsində yerləşdiriləcək və ictimailəşdiriləcək. Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün 37 077-yə qədər namizəd qeydə alınıb.FOTOQALEREYA