“Ekzit-poll” başa çatdı…

Exitpoll-2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi tədqiqatdan maraqlı görüntüləri təqdim edir

Parlament seçkiləri başa çatdı. Seçkiqabağı kampaniya insanların yaddaşlarında nə ilə yadda qaldı? Seçicilər Milli Məclisin yenilənmiş tərkibindən nə gözləyir? Təbii ki, vətəndaş cəmiyyətinin inkişafında özünənəxsus rol oynayan bir təşkilat kimi ELS Müstəqil Araşdırmalar Mərkəzi olaraq bu sualların cavabları bizim üçün də aktual və maraqlıdır. Düşünürük ki, Azərbaycanda keçirilən seçki prosesinin artıq bir tərkib hissəsinə çevrilmiş və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı da uzun müddət seçicilərin yaddaşlarından silinməyəcək. Noyabrın 1-də ölkənin 118 dairəsi üzrə 1180 məntəqəsində həyata keçirdiyimiz “Ekzit-poll” tədqiqatının aparıldığı Bakı və regionlardan maraqlı görüntülərini təqdim etmək istərdik: FOTOQALEREYA 

4.11.2015