«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 19-da Dəvəçi rayonunda və Xızı rayonunun Şurabad qəsəbəsində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. Treninqlərin birinci mərhələsində keçirilinə təlimdə iştirak edən intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Təlimçi «Exit-poll»da istifadə olunacaq mövcud anket və sorğu vərəqələrinin formaları barədə və həmin sənədlərlə işləmə qaydaları haqqında məlumat verib. İştirakçıların «Exit-poll»a aid suallarını cavablandıran təlimçi həmçinin, seçki günü intervüer və supervayzerlərin qarşılaşacaqları problemlərin aradan qaldırılması ilə bağlı mövcud qaydalardan danışıb. Təlim zamanı intervüer və supervayzerlərin siyahısı və dislokasiyası müəyyənləşdirilb.
Dəvəçi və Xızı rayonlarında təlimlərin birinci mərhələsi başa çatıb
27.09.2008