Bölmə: 2019



“Şənlən, mənim xalqım!” adlı qala-konsertə hazırlıq işləri başa çatdı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında sonuncu məşq keçirildi

İyunun 3-də ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konsertə hazırlıq işlərini başa çatdırıb. FOTOQALEREYA Davamı

3.06.2019


Layihəmiz Mədəniyyət TV-nin səhər efirində işıqlandırılıb

Bu gün bəstəkar Oqtay Zülfüqarovun Ad günüdür

Bu gün ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Mədəniyyət telekanalının “Səhərçağı” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsertdə ifa olunacaq bəzi mahnılar səsləndirilib. Davamı

31.05.2019


Oqtay Zülfüqarovun 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq

Mayın 31-də Azərbaycan Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun anadan olduğu gündür və bununla bağlı Bakıda bəstəkarın 90 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Bu barədə məlumat Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi saytında dərc olunub.   Davamı

30.05.2019


Səsyazma mərhələsi başa çatdı

Oqtay Zülfüqarov-90

Mayın 23-də səsyazma studiyasında layihəmizin işçi qrupunun iştirakı ilə 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal müəllimi Gülnarə Qurbanova və Respublika İncəsənət Gimnaziyasının xormeysteri Validə Cəlilovanın rəhbərliyi altında uşaqların qala-konsertdə ifa edəcəkləri mahnılar yazılıb. Bununla da layihənin bir neçə gün davam edən səsyazma mərhələsi başa çatıb. FOTOQALEREYA Davamı

23.05.2019


Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

ELS Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəyə başlayıb

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsinə start verib. Layihə çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinin keçirilməsi planlaşdırılır. Davamı

21.05.2019