Bölmə: Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili



Yubiley tədbirləri davam edir

Oqtay Zülfüqarov-90

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. İyunun 11-də Şövkət Ələkbərova adına 20 saylı İncəsənət Məktəbində bəstəkarın əsərlərindən ibarət növbəti konsert keçirilib. Maraqlı çıxışlar, rəngarəng ifalar. Davamı

13.06.2019


Qala-konsertin balaca tamaşaçıları

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırmalar Mərkəzinin bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı keçirdiyi etdiyi qala-konsertdən balaca tamaşaçıların maraqlı görüntüləri: FOTOQALEREYA Davamı

12.06.2019


Oqtay Zülfüqarovun yubileyinə həsr olunmuş kamera konserti keçirilib

Bəstəkarın piano üçün “Yuxu” pyesini nəticəsi Əfrasiyab Məmmədov ifa edib

Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. Otən gün iyunun 10-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda bəstəkarın müxtəlif illərdə yazdığı kamera əsərlərindən ibarət konsert təşkil olunmuşdur.  FOTOQALEREYA Davamı

11.06.2019


Uşaqların ifasında “Şənlən, mənim xalqım” konserti təqdim olundu

Oqtay Zülfüqarovun 90 illik yubileyi qeyd edildi

Onun mahnıları ilə böyüdük, boy atdıq, o mahnılar dilimizin əzbərinə çevrildi. İndi isə həmin mahnılar övladlarımızın dillər əzbərinə çevrilib. Yazıçı, rejissor, uşaq mahnılarının bəstəkarı, bir sözlə, yaradıcı insan olan Oqtay Zülfüqarov 3 ildir ki, aramızda yoxdur. Ancaq onun yoxluğu o qədər sezilmir. Çünki özündən sonra bizlərə mahnılarını, yetirmələrini ərmağan qoyub.  FOTOQALEREYA Davamı

10.06.2019


“Şənlən, mənim xalqım!” adlı qala-konsert anşlaqla keçdi

Bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi qeyd olundu
İyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırmalar Mərkəzinin Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı təşkil etdiyi qala-konsert anşlaqla keçdi, musiqi və mədəniyyət bayramı hər kəsə unudulmaz musiqi və bol əyləncə yaşatmış oldu..  FOTOQALEREYA Davamı

4.06.2019