Azərbaycan Prezidenti: Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır

Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib. Davamı

26.10.2018

Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilir

Oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva rəsmi açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.

Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirdi. Davamı

25.10.2018

11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub

Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib

Oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, açılışda iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılan şəraitlə tanış olub. Davamı

24.10.2018

Qarabağ İnfo
Qarabağ İnfo