Bölmə: Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi

ELS layihəsini Bərdə və Ağdamda davam etdirib

2017.05.26ELS-Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəsinin növbəti mərhələsini Bərdə rayonunda həyata keçirib. Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində Bərdə rayonu İcra Hakimiyyəti, Bərdə Peşə Liseyi və Qorxmaz Eyvazov adına Laçın Peşə Məktəbi müəllim kollektivləri, peşə məktəblərinin məzunları ilə görüşlər keçirilib, onların fəaliyyətləri bağlı video və foto çəkilişlər aparılıb. Əlavə olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Azərixalça” İstehsalat Birliyində təkil olunmuş xalçaçılıq kursunda peşə məktəblərinin məzunlarının işi ilə tanış olaraq video və foto çəkilişlər həyata keçirilib. Həmçinin görüşlər zamanı peşə təhsilinə marağın artırılması, regionda peşə məktəbi-orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, peşə təhsilinə şagirdlərin cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. FOTOQALEREYA Davamı

27.05.2017

ELS yeni layihəyə başladı

2017-05-23“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəyə start verib. Birlikdən verilən məlumata görə, layihənin məqsədi ilk peşə təhsilinə marağın artırılması, regionda peşə və orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, regionda mövcud uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, icma üzvlərinin peşələrə münasibətində dönüşün yaradılmasına nail olmaqdır. FOTOQALEREYA KİV Davamı

23.05.2017