Bölmə: Referendum 2016

Saat 10:00

referendum-2016-10-00“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 13,4%-dir

Saat 10:00 olan məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsində (Referendum)“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 13,4% seçici iştirak edib.

Kütləvi informasiya vasitələri, o cümlədən telekanallar gün ərzində qərargahın işini nəzarətdə saxlayır.

26.09.2016

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Exzit-poll” tədqiqatını keçirir

Secki-Ekzitpoll2013Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi (Referendum) keçirilir. Səhər saat 8-də  “ELS” Müstəqil Araşdırmalar Mərkəzi referendumla bağlı 118 seçki dairəsinin 400 seçki məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına başlayıb.

Gün ərzində intervüerlər saat 10.00, 13.00, 16.00, 18.00-də məlumatları Mərkəzin “İrşad Hotel”dəki Qərargahında çalışan telefon operatorlarına ötürəcək. Məlumatlar komputerlərə daxil edilib işləniləndən sonra ictimaiyyətə açıqlanacaqdır.

Qeyd edək ki, “ELS”-in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunmuşdur.

26.09.2016

“ELS” növbəti dəfə treninqlər keçirib

telefoncular2016treninqSentyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı telefonçu və operatorlar üçün treninqlər keçib. Bundan əvvəl isə “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər treninqlərə cəlb edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA Davamı

25.09.2016

“ELS” treninqlər keçirir

Sentyabrın 17-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər üçün treninqlərə başlamışdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA Davamı

19.09.2016

“ELS” Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb

Secki-Ekzitpoll2013Mərkəzi Seçki Komissiyası Konstitusiyaya dəyişikliklərlə əlaqədar sentyabrın 26-a təyin edilmiş Referendumda “Ekzit-poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxıb. MSK “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 118 seçki dairəsində 400 seçki məntəqəsində “Ekzit-poll” keçirmək üçün qeydə alıb.

Qeyd edək ki, Mərkəz 2008-ci ildən etibarən Azərbaycanda keçirilən Prezident, Parlament, bələdiyyə seçkiləri, həmçinin 2009-cu ildə keçirilən Referendum zamanı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” tədqiqatı aparmışdır.

8.09.2016