Bölmə: 2015



“ELS” akkreditasiyadan keçdi

elsBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb və digər iki təşkilatla yanaşı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi akkreditasiyadan keçib. MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan seçki təcrübəsində “exit-poll” tədqiqatının artıq reallığa çevrildiyini və ölkədə bu sahədə ixtisaslaşmış qurumların  fəaliyyət göstərdiyini deyib.

O, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin indiyə qədər “exit-poll” tədqiqatları və çox saylı sorğular keçirdiyini də dilə gətirib. “Müstəqil Araşdırmalar Mərkəzinin təqdim etdiyi sənədlər əsaslı olduğundan təklif edirəm ki, bu qurum “exit-poll” aparan təşkilat kimi qeydiyyata alınsın”. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar mərkəzi “Ekzit-poll” tədqiqatını noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində həyata keçırməyi planlaşdırır.

20.10.2015


Seçkilərlə əlaqədar “exit-poll” keçirəcək təşkilatlar barədə qərar qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır

Secki-Ekzitpoll2013Sabah Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi və MSK-nın “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul etməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında, beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gəlib Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələri MSK-ya təqdim etməlidirlər… Davamı

20.10.2015


İsmayıllıda “Ekzit-poll” tədqiqatını aparacaq könüllülər üçün təlimlər keçirildi

İsmayilli 20.10.2015Oktyabrın 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ofisinda İsmayıllı rayonunda “Ekzit-poll”tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilmişdir. Təlimçilər könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələri haqqında ətraflı məlumatlar veriblər.

Qeyd edək ki, oktyabrın 17-də Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında başlayan treninqlər oktyabrın 26-da başa çatacaq. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA Davamı

20.10.2015


“ELS”-ın əməkdaşları Biləsuvarda təlimlər keçiriblər

bilesuvar-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 17-18-də Mərkəzin  təlimçiləri Biləsuvarfa “Ekzit-poll” tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Onlara “Ekzit-poll”un keçirilmə qaydaları, habelə istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri haqqında ətraflə 5əlumat verilib.

Qeyd edək ki, “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

19.10.2015


Şirvan şəhərində təlimlər başa çatıb

Shirvan-17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri oktyabrın 17-18-i Şirvan şəhərində 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib, o cümlədən qaydalar izah edilməklə yanaşı istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri Naxçıvan istisna olunmaqla, hazırda Azərbaycanın bütün regionlarında treninqlər keçirir. Eyni zamanda Mərkəzin əməkdaşları artıq seçki məntəqələrinin monitorinqinə də başlayıb. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA  Davamı

19.10.2015