Bölmə: 2015



Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri “ELS”-ın Qərargahında olublar

Resize of IMG_2182Oktyabrın 28-də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin ölkəmizdə işgüzar səfərdə olan bir qrupu “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən “Ekzit-poll Tədqiqat Qərargahı”na gələrək tədqiqata hazırlıq işləri ilə tanış olub. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova rusiyalı jurnalistlərin“Ekzit-poll” tədqiqatının keçirilmə mexanizmi,  bu günə kimi görülən işlər və s. məsələlərə dair suallarını cavablandırıb… FOTOQALEREYA Davamı

28.10.2015


“ELS” keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işlərini davam etdirir

20151028_Gerargah“ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-ə təyin olunmuş Parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatı ilə bağlı hazırlıq işlərini davam etdirir. Hazırda “Ambassador Hotel”də tədqiqat zamanı istifadə olunacaq sənəd və ləvazimatların komplektləşdirmə işləri gedir. Oktyabrın 27-də regionlara sənəd və ləvazimatlarıın göndərilməsi prosesi başlayıb… FOTOQALEREYA Davamı

28.10.2015


İradə Yaqubova: Exit-poll” 118 seçki dairəsini əhatə edəcək

28.10.2015 exitpoll“Seçkilər” Media Mərkəzi – “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi noyabrın 1-də 118 seçki dairəsi, 1180 məntəqədə “exit-poll” tədqiqatı aparacaq.  Secki-2015.az xəbər verir ki, bu barədə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru İradə Yaqubova “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib.

“Bu müddətdə Mərkəz “exit-poll” sahəsində təcrübəsini ilbəil artırıb. Hər dəfə də nəticələr seçkilər bitdikdən sonra 1 saat ərzində ictimaiyyətə çatdırılıb. Toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər də nəşr edilib”… Davamı

28.10.2015


“ELS”-in seçkilərlə əlaqədar keçirəcəyi “exit-poll”la bağlı müqavilə imzalanıb

28.10.2015 MuqavileBu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “exit-poll” keçirəcək “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. Yaqubova “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin seçkilərdə “exit-poll” keçirmək üzrə ixtisaslaşdığını, 2008-ci ildən başlayaraq, bütün seçkilərdə “exit-poll” keçirdiyini bildirib.
İ. Yaqubova Milli Məclisə seçkilərlə əlaqədar noyabrın 1-də 118  seçki dairəsi üzrə 1180 seçki məntəqəsində “exit-poll” keçirəcəklərini açıqlayıb: “Naxçıvan Muxtar Respublikası istisna olmaqla “exit-poll” Azərbaycanın bütün rayonlarını əhatə edəcək”… Davamı

28.10.2015


“ELS” “Seçkilər” Media Mərkəzində mətbuat konfransı keçirəcək – ANONS

els“Seçkilər” Media Mərkəzi – Bu gün saat 11-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru İradə Yaqubova “Hilton” otelində, “Seçkilər” Media Mərkəzində mətbuat konfransı keçirəcək.

Mətbuat konfransı barədə Seçki-2015.az saytına məlumat verən İ.Yaqubova bildirib ki,  məqsəd təşkilatın 1 noyabr parlament seçkilərində hansı seçki dairələri üzrə “exit-poll” keçirəcəyi, ümumiyyətlə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin bu sahədə təcrubəsi haqqında məlumat verməkdir.

“Exit-poll”un 118 seçki dairəsində keçiriləcəyini deyən İ.Yaqubova bu prosesə 2600 könüllünun cəlb olunduğunu qeyd edib.

28.10.2015