Bölmə: Milli Məclis seçkiləri 2015 – Ekzitpol

Saat 10:00

01.11.2015_gerargah“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 12,2 %

Saat 10:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 12,2 % seçici səs verib. Mərkəz səhər saat 8-dən etibarən seçki mənqtəqələrində “exit-poll” tədqiqatına başlayıb. Gün ərzində intervüerlər hər üç saatdan bir məlumatları Mərkəzin “Ambassador Hotel”dəki Qərargahında çalışan telefon operatorlarına ötürür, məlumatlar komputerlərə daxil edilir və işləniləndən sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatı keçırır. Bütövlükdə prosesə 2600 nəfər cəlb olunub… FOTOQALEREYA Davamı

1.11.2015

“Ekzit-poll” tədqiqatına hazırlıq işləri başa çatdı

31.10.2015-5Oktyabrın 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” layihəsinə hazırlıq işlərini başa çatdırıb. Mərkəzin “Ambassador Hotel”dəki qərargahında son iki gündə regionlar, bu gün isə Bakı, Sumqayıt və Abşeronda tədqiqatı həyata keçirəcək supervayzer və intervüerlərə istifadə edəcəkləri sənəd və ləvazimatlar paylanıb.

Xatırladaq ki, 2015-ci il Parlament seçkilərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatını aparacaq ki, bu prosesə ümumilikdə 2360 intervüyer, təxminən 200 nəfərə yaxın da supervayzer cəlb olunub… FOTOQALEREYA Davamı

31.10.2015

“Ekzit-poll”da iştirak edəcək kompüter və telefon operatorları üçün treninqlər keçirilib

31.10.2015 KOMP TELOktyabrın 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən qərargahında noyabrın 1-də “Ekzit-poll” tədqiqatında iştirak edəcək kompüter və telefon operatorları üçün treninqlər keçirilib. Belə ki, səsvermə günü telefon operatorları intervüerlərdən məlumatları alıb kompüter operatorlarına ötürəcəklər. “Ekzit-poll”un nəticələri seçki günü 20.00-dək elan olunacaq… FOTOQALEREYA Davamı

31.10.2015

“Ekzit-poll” tədqiqatımız ANS-in canlı efirində

30.10.2015ANSOktyabrın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan “Xəbərsizsiniz” verilişinin qonağı olub. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-ci il Parlament seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatından danışan layihə rəhbəri proses haqqında ətraflı məlumat verib, noyabrın 1-də “Ekzip-poll” tədqiqatını həyata keçirən intervüerlərin istifadə edəcəkləri sənəd və ləvazimatları nümayiş etdirib və aparıcının digər suallarını da cavablandırıb. FOTOQALEREYA VİDEO Davamı

30.10.2015

ANONS

“Ekzit-poll” tədqiqatımız ANS-in canlı efirində müzakirə olunacaq

Oktyabrın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova saat 14:00-da ANS telekanalında yayımlanacaq “Xəbərsizsiniz” verilişinin qonağıdır. Canlı efirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-ci il Parlament seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı müzakirə predmeti olacaqdır.

30.10.2015