Bölmə: Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi

ELS layihənin yekun təqdimatını keçirdi

05.06.2015İyunun 5-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində “Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi”layihəsinin yekun təqdimatının keçirmişdir. Aprelin 9-dan başlayan layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur.

Tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aprelin 23-də aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən layihənin ilkin təqdimatı zamanı “ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələri təqdim edilmişdir…  FOTOQALEREYA   Davamı

5.06.2015

“Uşaqların asudə vaxtının təşkili” İctimai Televiziyanın efirində

03.06.2015İyunun 3-də İctimai Televizyanın “Açıq dərs” verilişində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Uşaqların asudə vaxtının təşkili” mövzusu müzakirə olunub.

Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq  Mərkəzinin direktoru Həsən Qaralov, həmçinin studiyanın qonaqları Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar mərkəzlərin direktorları və şagirdləri mövzu ilə bağlı bir sıra aktual məsələlərə toxunmaqla tamaşaçılara maraqlı anlar yaşadıblar. FOTOQALEREYA    Davamı

4.06.2015

ANONS! İyunun 3-də “ELS” yenidən İctimai Televiziyanın efirində

20150501_110938(0)İyunun 3-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 6 verilişdən sonuncu efirə gedəcək.

Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq  Mərkəzinin direktoru Həsən Qaralov “Açıq dərs” verilişində “Uşaqların asudə vaxtının təşkili” mövzusu ətrafında müzakirələr aparacaqlar.

Beləliklə, iyunun 3-də saat 19:00-da İctimai Televiziyanın efirində yayımlanacaq növbəti və sonuncu buraxılışı qaçırmayın!  FOTOQALEREYA Davamı

1.06.2015

Mütaliəyə bugünkü münasibət bizi qane edirmi?

27.05.2015“Açıq dərs”də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müzakirələri davam edir

Mayın 27-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İctimai Televiziyanın dəstəyilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti aktual mövzusu müzakirəyə çıxarılmışdır.

Studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və sevimli şairimiz Vahid Əziz orta ümumtəhsil məktəblərinin müəllim, kitabxana müdirləri  və şagirdləri ilə birgə “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət”  mövzusu ətrafında fikir mübadiləsi aparmışlar. FOTOQALEREYA Davamı

28.05.2015

ANONS! Mayın 27-si ELS İctimai Televiziyanın efirində

26.05.2015Mayın 27-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət” mövzusu  “Açıq dərs” verilişinin müzakirə predmeti olacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova,   Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoruLətifə Məmmədova,  yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və şair Vahid Əziz studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr aparacaqlar.

Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini  qaçırmayın!  FOTOQALEREYA Davamı

26.05.2015