Bölmə: Bələdiyyə – 2014



“ELS” Müstəqil Araşdırma Mərkəzi yekun nəticələri açıqladı

IMG-20141224-WA0032“Ekzit-poll” tədqiqatı başa çatdı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqlayıb. Belə ki, 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparılan “Ekzit-poll”da seçici fəallığı 38,30% olub.

Seçkidə namizədlərin dəyərləndirilməsinə gəlincə, seçicilər Yeni Azərbaycan Partiyasına (YAP) – 67,90%, digər siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərə 5,47%, digər namizədlərə – 26,63% səs vermişlər.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “İrşad” otelində yerləşən  gərargahında gün ərzində telefon operatorları intervüyerlərdən məlumat almış, sonra həmin rəqəmlər kompüter operatorları tərəfindən işlənmişdir.

23.12.2014


“Ekzit-poll” tədqiqatı başladı

SAM_0756Dekabrın 23-də səhər saat 08.00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində  285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində  apardığı “Ekzit-poll” tədqiqatına start verdi. Təşkilatın “İrşad” otelindəki seçki gərargahında işləyən telefon operatorları artıq  bölgələrdən “ekzit-poll” tədqiqatının başlanması haqqında intervüyerlərdən məlumatı qəbul ediblər.

Gün ərzində seçicilərin “ekzit-poll”da iştirakı ilə bağlı məlumatlar birbaşa “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin els.az ünvanındakı internet səhifəsində yerləşdiriləcək və ictimailəşdiriləcək. Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün 37 077-yə qədər namizəd qeydə alınıb.FOTOQALEREYA Davamı

23.12.2014


Azərbaycanda bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması üçün ayrılmış müddət başa çatıb

Secki-Ekzitpoll2013APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən seçkiqabağı təşviqat aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır. Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb. Davamı

22.12.2014