Bölmə: Vətəndaş cəmiyyəti gələcəyimiz naminə 2012

S.Y.Marşakın 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib

02.11.2012_Marshak_1Noyabrın 2-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış uşaq şairi, dramaturq, tərcüməçi və tənqidçi Samuil Yakovleviç Marşakın anadan olmasının 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib. Tədbirin təşkilatçılarından biri də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi idi.

Mərkəzin sərgi zalında S.Y.Marşakın əsərləri əsasında uşaqların çəkdiyi şəkil sərgisinin açılış mərasimi oldu. Burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin bədii studiyası və Respublika İncəsənət Gimnaziyasının şagirdləri təqdim olunmuşdur. Davamı

2.11.2012

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Mənəvi sərvətimiz” adlı silsilə görüşlərə start verdi

19.07.2012_Vahid_Eziz.osnovnoyİyulun 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri ilə “Mənəvi sərvətimiz” adlı silsilə görüşləri çərçivəsində Azərbaycanın xalq şairi Vahid Əzizlə  Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş keçirmişdir.

Slavyan Universitetinin tələbələri, QHT təmsilçiləri və KİV əməkdaşlarının qatıldığı tədbirdə qonaqları salamlayan Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açdı. Onun  sözlərinə görə, Vahid Əzizin bütün misralarında əsas xətti məhəbbət və ülvi hisslər təşkil edir, bu da onun zəngin daxili aləmindən xəbər verir.

Davamı

19.07.2012

Azərbaycan ictimaiyyəti dövlət başçısına müraciət etdi

Agabaci_Rizayev_100ilİyunun 8-də Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan, Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət göndərilib.

Prezidentə müraciət iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada ölkənin tanınmış incəsənət xadimləri tərəfindən qəbul olunmuşdur. Davamı

8.06.2012

“ELS” Müstəqil Araşdırma Mərkəzi həyacan təbili çalır

11.04.2012Uşaq verilişləri ilə bağlı ölkə teleməkanında müşahidə olunan vəziyyət heç də ürəkaçan deyil

Aprelin 11-də “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Azərbaycan efir məkanının gənc nəslin formalaşmasına təsiri: problemlər, risklər və həlli yolları” adlı dəyirmi masa keçirib. Tədbirdə, dövlət qurumları, ictimaiyyət və KİV təmsilçiləri ilə yanaşı İTV, LİDER, SPACE, ANS, Dünya TV-nin səlahiyyətli şəxsləri də iştirak edib. ELS-in rəhbəri İradə Yaqubova2012-ci ilin 16 yanvar tarixindən başlayaraq bir ay müddətində ölkə efir məkanının uşaq və gənclər proqlamlarının monitorinqinin aparıldığını və bir il əvvəl, 2011-ci ilin yanvar-fevral ayında aparılmış araşdırmanın nəticələri ilə müqayisə olunduğunu bildirib. Kiv

Davamı

11.04.2012