Bölmə: Referendum 2009

Referendumun gedişini izləmək üçün MSK-da 1395 müşahidəçi qeydiyyatdan keçib

Martın 18-də keçiriləcək referendumu izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 1395 müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, qurumda müşahidəçilərin qeydiyyatı martın 8-də dayandırılacaq. Dairə Seçki Komissiyalarında (DSK) isə 21 min 627 müşahidəçi qeydə alınıb. DSK-larda müşahidəçilərin qeydiyyatı martın 13-də səsverməyə 5 gün qalmış dayandırılacaq. MSK-da qeydə alınmış müşahidəçilər bütün ölkə ərazisində istənilən seçki dairəsində, DSK-da qeydə alınan müşahidəçilər isə konkret bir seçki dairəsinin ərazisində müşahidə aparmaq hüququna malik olacaqlar. Müraciət edən bütün müşahidəçilər müşahidəçilik vəsiqəsi ilə təmin olunublar.
Mənbə: www.apa.az Davamı

6.03.2009

AŞ PA-nın müşahidə missiyası Azərbaycandakı referendumu izləyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləyəcək. Bu açıqlamasında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, hazırda missiyanın tərkibi formalaşmaqdadır: “Missiya üzvlərinin sayı 7-9 nəfər olacaq. Qrupa böyük ehtimalla belçikalı deputat Pol Villi başçılıq edəcək”.

Mənbə: www.apa.az Davamı

6.03.2009

AŞ PA Monitorinq Komitəsinin üzvü: “Azərbaycanda keçiriləcək referenduma müsbət yanaşıram”

“Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum pozitiv xarakter daşıyır”. Bu açıqlamanı AŞ PA Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Maykl Henkok verib.

“Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum pozitiv xarakter daşıyır”. Bu açıqlamanı AŞ PA Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Maykl Henkok verib. Davamı

6.03.2009

Mərkəzi seçki komissiyasınin iclası keçirilmişdir

Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2009-cu il 9 fevral, 11 fevral, 16 fevral, 18 fevral və 24 fevral tarixli iclaslarının protokolları təsdiq olunmuşdur. Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.  Davamı

3.03.2009

Referendumu izləmək üçün 18 min 795 müşahidəçi qeydiyyatdan keçib

Martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 18 min 795 müşahidəçi seçki komissiyalarında qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, müraciət edənlərin əksəriyyəti müşahidəçi vəsiqəsi ilə təmin edilib. MSK sədri heç bir müşahidəçiyə mənfi cavab verilmədiyini, əksinə müşahidəçilərin sayının çox olmasında maraqlı olduqlarını qeyd edib. M. Pənahov bildirib ki, Müşahidəçilərin 966-sı MSK-da, 17 min 795-i isə Dairə Seçki Komissiyalarında qeydə alınıb. Davamı

2.03.2009