Bölmə: 2009

Azərbaycanda keçirilmiş referendumla bağlı “exit-poll”un yekun nəticələri açıqlanıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumun ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. AVCİYA-nın seçki mərkəzinin rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, təşkilat 118 dairə üzrə 3 min məntəqədə müşahidə aparıb, ELS Müstəqil Araşdırma Mərkəzi ilə birlikdə 800 məntəqədə «exit-poll» keçirib. Davamı

29.05.2009

AVCİYA və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin refendumla bağlı məlumatı- Yenilənib

ref12009-cu il 18 mart Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı referendum zamanı AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri barədə məlumatda bildirilir ki, 2009-cu il mart ayının 18-də Referendum zamanı Azərbaycanda 118 seçki dairəsinin 800 məntəqəsində AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 69,7% olmuşdur, bülletenə daxil edilmiş 29 maddə rəyi soruşulan seçicilərin 50%-dən xeyli çox hissəsi tərəfindən dəstəklənmişdir. Davamı

18.05.2009

“İqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans

5 may 2009-cu il tarixdə Azərbaycan Dövlət Neft Şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Bankının Karbon Fondunun dəstəyi ilə “İqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirmişlər.
Konfransda ARDNŞ, müvafiq nazirliklər və dövlət strukturları, “Azərenerji” ASC, “Azəriqaz” QSC, BP və Statoyl Hidro şirkətləri, ABŞ, Böyük Britaniya, Norveç və digər səfirliklərin, bir sıra beynəlxalq təşkilatların, qeyri-hökumət və özəl sektorun nümayəndələri iştirak etmişlər.  Davamı

13.05.2009

“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib

tetdbirTədbirdə ayrı-ayrı bələdiyyələrin təmsilçiləri, Ədliyyə Nazirliyinin, yerli icra hakimiyyətlərinin, Milli Məclisin nümayəndələri iştirak edib. Bələdiyyə problemləri üzrə ekspert Vüqar Tofiqli “Azərbaycan bələdiyyəsinin real vəziyyəti və iqtisadi inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edib. Bu il Azərbaycanda bələdiyyələrin 10 yaşının tamam olduğunu bildirən ekspert ötən illər ərzində bələdiyyələrin uğurları ilə yanaşı müəyyən problemlərini də olduğunu vurğulayıb. V. Tofiqli bildirib ki, bəzən dövlət rəsmiləri heç bir əsas olmadan bələdiyyələri tənqid edir: “Sözsüz ki, bəzi bələdiyyələrin işində nöqsanlar olur. Ötən il müddətində 122 qeyri-qanuni sənədin verildiyi aşkar edilib. Bəzi bələdiyyələrin sədrləri öz adına özbaşına torpaq özəlləşdirib. Amma bunları bütün bələdiyyələrə aid etmək doğru deyil”. Davamı

2.05.2009

Dairə Seçki Komissiyasında Treninqlər Keçrilir

105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Ələkbər Ələkbərov bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərə dair ümumxalq səsverməsi (referendum) ilə əlaqədar MSK-nın tədbirlər planına uyğun olaraq, dairə seçki komissiyasının üzvləri və məntəqə sədrləri üçün treninq keçirilmişdir.  Davamı

2.05.2009