Bölmə: İqlim dəyişməsi və onun yaratdığı problemlərin həlli



17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günüdür

Resize of 17_1Bütün dünyada 17 iyu n Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günü kimi qeyd olunur. Belə ki, iyun ayının 17-i Bakıda Ekologiya və təbii Sərvətlər Nazirliyinin binasında “Ruzigar” Ekoloji İctimai Birliyi səhralaşmaya qarşı beynəlхalq mübarizə günü münasibətilə tədbir keçirib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq və Хəritəçəkmə Komitəsinin nümayəndələri iştirak edib. Bundan başqa tədbirdə QHT üzvləri də tədbirdə iştirak ediblər. Davamı

18.06.2009


“İqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans

5 may 2009-cu il tarixdə Azərbaycan Dövlət Neft Şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Bankının Karbon Fondunun dəstəyi ilə “İqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirmişlər.
Konfransda ARDNŞ, müvafiq nazirliklər və dövlət strukturları, “Azərenerji” ASC, “Azəriqaz” QSC, BP və Statoyl Hidro şirkətləri, ABŞ, Böyük Britaniya, Norveç və digər səfirliklərin, bir sıra beynəlxalq təşkilatların, qeyri-hökumət və özəl sektorun nümayəndələri iştirak etmişlər.  Davamı

13.05.2009