Bölmə: Bələdiyyə – 2009

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən koordinatorlara sonuncu treninq keçirilib

Kor1

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Exit-poll» tədqiqatı ilə bağlı koordinatorlar üçün sonuncu treninqini keçirib. İntervüer və supervayzerlərin toplanmasına və seçki günü onların fəaliyyətinə nəzarət funksiyasını həyata keçirəcək koordinatorlara bir daha tədqiqatın mühüm əhəmiyyət kəsb etməsi açıqlanıb. Seçki günü keçiriləcək «Exit-poll» tədqiqatında koordinatorların funksiyaları barədə söhbət aparılıb. İntervüerlərin seçicilərlə davranış qaydaları, tədqiqat zamanı anket və sorğu vərəqələrindən istifadə, qarşıya çıxacaq  problemlərin aradan qaldırılması ilə bağlı koordinatorların üzərinə düşən məsuliyyət barədə məlumat verilib. Treninqdə qeyd olunub ki, hazırda ölkədə seçki günü yaxınlaşdıqca insanlar «Exit-poll» və «Quick-count» tədqiqatı ilə maraqlanır və bu tədqiqatın aparılması qaydaları ilə tanış olmaqla yanaşı, həm də nəticələrin hansı şəkildə açıqlanacağını KİV-dən izləyirlər. Koordinatorlarla görüş zamanı həmçinin, seçki günü tədqiqat prosesində məlumatın ötürülməsi işində qüsurların olmaması ilə bağlı tövsiyyələr verilib. Davamı

11.10.2009

“Exit-poll” tədqiqatının saat 19:00 olan nəticələri

Nərimanov bələdiyyəsi üzrə 28,7%
Nəsimi bələdiyyəsi üzrə 26,4%
Səbail bələdiyyəsi üzrə 31,3%
Xətai bələdiyyəsi üzrə 28,3%
Xırdalan bələdiyyəsi üzrə 38,0%
Şirvan bələdiyyəsi üzrə 37,8%
Gəncə şəhəri Nizami bələdiyyəsi üzrə 26,1%
Xaçmaz bələdiyyəsi üzrə 27,1%

 

23.07.2009

“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib

tetdbirTədbirdə ayrı-ayrı bələdiyyələrin təmsilçiləri, Ədliyyə Nazirliyinin, yerli icra hakimiyyətlərinin, Milli Məclisin nümayəndələri iştirak edib. Bələdiyyə problemləri üzrə ekspert Vüqar Tofiqli “Azərbaycan bələdiyyəsinin real vəziyyəti və iqtisadi inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edib. Bu il Azərbaycanda bələdiyyələrin 10 yaşının tamam olduğunu bildirən ekspert ötən illər ərzində bələdiyyələrin uğurları ilə yanaşı müəyyən problemlərini də olduğunu vurğulayıb. V. Tofiqli bildirib ki, bəzən dövlət rəsmiləri heç bir əsas olmadan bələdiyyələri tənqid edir: “Sözsüz ki, bəzi bələdiyyələrin işində nöqsanlar olur. Ötən il müddətində 122 qeyri-qanuni sənədin verildiyi aşkar edilib. Bəzi bələdiyyələrin sədrləri öz adına özbaşına torpaq özəlləşdirib. Amma bunları bütün bələdiyyələrə aid etmək doğru deyil”. Davamı

2.05.2009

Şirvan şəhərində keçirilən treninqlərdən görüntülər

15.01.2009