Bölmə: Qarabağ

Elxan Süleymanov: “BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr heç bir işə yaramır”

W1siZiIsIjEzMTkzOC8xMzY5MjkwODIxQEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ«Bu gün bizə verilən beynəlxalq dəstəklər salfet kağızından nazikdir. Salfetlə əlimizi silirik. Amma BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr salfet kağızlarından da zəifdir və heç bir işə yaramır». APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov səsləndirib. Davamı

25.05.2013

Qanlı yaddaş

· 20 Yanvar faciəsi
· Xocalı soyqırımı
· 31 mart – azərbaycanlıların soyqırımı günüdür
20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Davamı

5.05.2013