Bölmə: Ana səhifə

Bakıda uşaq kimsəsiz heyvanlar üçün ev qurub

Qış ayları, xüsusən də soyuq havalarda, isti yuvası olmayan küçə pişikləri və itləri donmamaq üçün hər gecə özlərinə sığınacaq axtarırlar. Bu cür kimsəsiz heyvanları binaların girişindən qovanlar çox olsa da, onları düşünənlər, qayğı göstərənlər də az deyildir. Və zaman zaman biz bu cür qayğı və diqqətin şahidi oluruq. Davamı

24.01.2019

UNICEF: Azərbaycan xəstəxanalarında yenidoğulan körpələrə süni uşaq qidaları verilməməlidir

Yenidoğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir. Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: “Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var”. Davamı

23.01.2019

Davosda Dünya İqtisadi Forumu işə başlayıb

Azərbaycan Prezidenti tədbir ərəfəsində bir sıra vacib görüşlər keçirib

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 21-də İsveçrə Konfederasiyasına işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Məlumatı AZƏRTAC yayıb. Davamı

22.01.2019