Bakıda ən müasir metro stansiyası tikilir

metro_memar_ecemi2Hazırda “Memar Əcəmi-2” metro stansiyasının tikintisi davam etdirilir. Bu barədə Day.Az saytına Bakı Metropolitenindən bildiriblər.

Stansiyada platformanın uzunluğu 145 metr, eni isə 11 metrdir. Stansiyada 4 ədəd lift, 14 ədəd eskalator fəaliyyət göstərəcək. Avtomatik platforma qapıları (PSD) da quraşdırılıb. Bu qapıların əsas məqsədi sərnişinlərin təhlükəsizliyini təmin etmək, onların relslərə yıxılmasının qarşısını almaqdır. İlkin olaraq, 5 ədəd kondisionerlə təmin olunmuş vaqonlar istifadə ediləcək. Sərnişin axınının artacağı təqdirdə vaqonların sayı da artacaq. Stansiyanın 2013-cü ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

2.10.2012