Bakı Dövlət Universitetinin 100 yaşı qeyd olunub

Prezident İlham Əliyevin iştirakı ilə

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış ediblər.

Daha sonra pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edildi.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov çıxış edib. Universitetin 16 fakültəsi üzrə elm sahəsini əhatə edən rəqəmsal qrafikin təqdimatı olub.

Sonda Bakı Dövlət Universitetinin himni səsləndirilib.

26.11.2019