Azərbaycan 57-ci «Eurovision» mahnı müsabiqəsində dördüncü olub

Müsabiqənin qalibi İsveç təmsilçisi Lorin olub
Mayın 26-da Azərbaycanda möhtəşəm «Eurovision 2012» mahnı müsabiqəsinin final şousu keçirilib. APA-nın məlumatına görə, İsveç 372 səslə müsabiqənin qalibi olub. Müsabiqəyə ev sahibliyi edən Azərbaycan müsabiqənin dördüncüsü olub. Müsabiqənin ilk beşliyində – İsveç, Rusiya, Serbiya, Azərbaycan və Albaniya yer alıb. Azərbaycana Albaniyadan 4, Ukraynadan 12, Belarus 7, Malta 12, San Marino 4, Böyük Britaniya 2, Türkiyə 12, Yunanıstan 5, Bosniya və Herseqovina 7, Moldova 10, Bolqarıstan 10, Kipr 8, Slovakiya 6, Makedoniya 2, Litva 12, Gürcüstan 10, Serbiya 3, Rusiya 10, İsrail 8, İrlandiyadan 1 xal verilib.
Azərbaycan 8 balı Maltaya, 10 balını Rusiyaya, 12 balını Türkiyəyə verib.
Albaniya 12 xalı Yunanıstana, Monteneqrodan 12 xal Serbiyaya, Rumıniya 12 xalı Moldovaya, Avstriya 12 xalı İsveçə, Ukrayna 12 xalı Azərbaycana, Belarus 12 xalı Rusiyaya, Belçika 12 xalı İsveçə, Azərbaycan 12 balını Türkiyəyə, Malta 12 balını Azərbaycana, San Marino 12 balını Albaniyaya, Fransa 12 balını İsveçə, Böyük Britaniya 12 balını İsveçə, Türkiyə 12 balını Azərbaycana, Yunanıstan 12 balını Kiprə, Bosniya və Herseqovina 12 balını Makedoniyaya, Moldova 12 balını Rumıniyaya, Bolqarıstan 12 balını Serbiyaya, İsveçrə 12 balını Albaniyaya, Sloveniya 12 balını Serbiyaya, Kipr 12 balını Yunanıstana, Xorvatiya 12 balını Serbiyaya, Slovakiya 12 balını İsveçə, Makedoniya 12 balını Albaniyaya, Niderland 12 balını İsveçə, Portuqaliya 12 balını İspaniyaya, İslandiya 12 balını İsveçə, İsveç 12 balını Kiprə, Norveç 12 balını İsveçə, Litva 12 balını Azərbaycana, Estoniya 12 balını İsveçə, Danimarka 12 balını İsveçə, Latviya 12 balını İsveçə, İspaniya 12 balını İsveç, Finlandiya 12 balını İsveçə, Gürcüstan 12 balını Litva, İtaliya 12 balını Albaniyaya, Serbiya 12 balını Makedoniyaya, Almaniya 12 balını İsveçə, Rusiya 12 balını İsveçə, Macarıstan 12 balını İsveçə, İsrail 12 balını İsveçə, İrlandiya 12 balını İsveçə verib.
Səbinə Babayevanın səhnəyə Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımovla birgə səhnəyə çıxması və “When the music dies” mahnısını mükəmməl səsi ilə ifa etməsi zaldakı bütün tamaşaçıları ayağa qaldırıb.
Hər iki yarımfinalda olduğu kimi, final şousunda da “Baku Crystal Hall” hər ölkənin öz bayrağında işıqlandırılıb. Hər ölkənin çıxışından əvvəl isə Azərbaycanı tərənnüm edən postkartların nümayişi maraqla qarşılanıb. Final şousu müsabiqəni işıqlandıran jurnalistlərin çalışdığı Mətbuat Mərkəzində də çoşğu yaşanıb.
Azərbaycanlı bəstəkar-müğənni Eminin interval aktında çıxışı isə yaddaşlara həkk olunub. Onun ifasından əvvəl Müslüm Maqomayevin bəstəsi olan «Azərbaycan» mahnısı səsləndirilib, həmin mahnının altında bütün zal da «Eurovison 2012»nin şüarı olan «Light your fire»a uyğun olaraq odlarla işıqlandırılıb. Emin bu odların işığında səhnəyə yüksəklikdən düşüb və yaddaqalan ifa nümayiş etdirib. Eminin ifasının sonunda səhnəyə Azərbaycanın üç rəngli bayrağı gətirilib.
Səslərin açıqlanması üçün canlı bağlantılar zamanı ölkələrin təmsilçilərə verdikləri səslər elan edilib. Azərbaycandan səsləri Eurovision 2010 təmsilçimiz Safura Əlizadə açıqlayıb. Onunla yanaşı digər ölkələrdən səsləri elan edənlər arasında da Eurovision yarışmasından tanıdığımız simalar olub. Belə ki, Finlandiyanın səslərini 2006-cı ildə Eurovision Mahnı Müsabiqəsinin qalibi olan “Lordi”, Belarusun səslərini isə 2007-ci ildə bu ölkəni təmsil edən Dmitriy Kaldun, Fransadan isə nəticələri Eurovision 2011 təmsilçisi Amauri Vassili açıqlayıb.
Müsabiqənin qalibi olan İsveç təmsilçisi Lorinə Eldar Qasımov və Nigar Camal tərəfindən Eurovision-un triumf mikrofonu təqdim edilib. Sonda Lorin öz müsabiqə mahnısı olan «Eupohiria»nı «Baku Crystal Hall» səhnəsində ifa edib.

Müsabiqənin qalibi İsveç təmsilçisi Lorin olub

Mayın 26-da Azərbaycanda möhtəşəm «Eurovision 2012» mahnı müsabiqəsinin final şousu keçirilib. APA-nın məlumatına görə, İsveç 372 səslə müsabiqənin qalibi olub. Müsabiqəyə ev sahibliyi edən Azərbaycan müsabiqənin dördüncüsü olub. Müsabiqənin ilk beşliyində – İsveç, Rusiya, Serbiya, Azərbaycan və Albaniya yer alıb.

Azərbaycana Albaniyadan 4, Ukraynadan 12, Belarus 7, Malta 12, San Marino 4, Böyük Britaniya 2, Türkiyə 12, Yunanıstan 5, Bosniya və Herseqovina 7, Moldova 10, Bolqarıstan 10, Kipr 8, Slovakiya 6, Makedoniya 2, Litva 12, Gürcüstan 10, Serbiya 3, Rusiya 10, İsrail 8, İrlandiyadan 1 xal verilib.

27.05.2012