AŞ PA Monitorinq Komitəsi Venesiya Komissiyasından Azərbaycanda keçiriləcək referendumla bağlı rəy verməsini xahiş edib. Bu barədə Monitorinq Komitəsinin yanvarın 29-da keçirilən iclasında qərar qəbul olunub. Referenduma çıxarılacaq Konstitusiya dəyişiklikləri paketi ilə əlaqədar Venesiya Komissiyasının rəyi Monitorinq Komitəsinin mart ayında keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda keçiriləcək referendumla bağlı rəy verəcək
31.01.2009