Monthly Archives: January 2020



“XOCALI – ŞƏHİD ŞƏHƏR” adlı uşaq rəsm müsabiqəsi elan edilir

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı unutdurmamaq məqsədi ilə “XOCALI – ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir. Davamı

29.01.2020


Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib. Davamı

20.01.2020


Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri gedir

20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Şəhidlər Xiyabanı və ətrafında təmizlik və abadlıq işləri aparılır. İşlər yanvarın 19-da yekunlaşacaq.

Artıq Şəhidlər Xiyabanına ziyarətçi axını da çoxalıb. Davamı

15.01.2020