Monthly Archives: April 2019

 

Dövlət Komitəsindən dinin ali məktəblərdə məcburi tədrisi ilə bağlı məlumatlara münasibət

Yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq. Əslində bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması ilə bağlı keçirilmiş tədbirdə Komitə sədri Mübariz Qurbanlının söylədiyi fikirləri şərh edərkən bildirilib. Davamı

30.04.2019


İbtidai sinflərin şagirdləri üçün təti başlayır

Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün müəyyən etdiyi qrafikə əsasən ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, 1-5 may tarixlərində 5 günlük əlavə yaz tətili olacaq. Həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq.

30.04.2019


Minskdə Nəsiminin 650 illik yubileyi qeyd olunub

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq, Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən Minskdəki “Dostluq Evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirilib. Davamı

29.04.2019


Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatıb

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar. Davamı

28.04.2019