Monthly Archives: February 2019

“Formula 1” daha 3 il Azərbaycanda keçiriləcək

“Formula 1” yarışı daha 3 il, yəni 2023-cü ilədək Azərbaycanda keçiriləcək. Trend-in məlumatına görə, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar. A.Rəhimov qeyd edib ki, “Formula 1” yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək Davamı

5.02.2019

Azərbaycanda uşaqlı ailələrdə boşanma sayı artıb

Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb. 1990-cı ildə ölkədə 14 040 boşanma halı qeydə alındığı halda, 1995-ci ildə bu rəqəm 2 dəfədən çox azalaraq 5 669-a enib. 2017-ci ildə isə boşananların sayı yenidən 14 514-ə çatıb ki, bu da 1990-2017-ci illər ərzində qeydə alınan ən yüksək göstəricidir. 2018-ci ilin yalnız yanvar-oktyabr aylarında (2018-ci il üzrə yekun hesabat açıqlanmayıb) qeydə alınmış boşanma hallarının sayı 12 396 təşkil edib. Davamı

4.02.2019

Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib

Fevralın 3-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Davamı

4.02.2019

2 fevral – Gənclər Günüdür

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gənclər Gününə həsr olunmuş respublika toplantısında iştirak ediblər

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə nitq söyləyib. Davamı

1.02.2019