Monthly Archives: December 2018

Gələn il kişilərin və qadınların pensiya yaşı artacaq

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq. Modern.az-ın məlumatına görə, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı  64, qadınların isə 61 olacaq. 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı  64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq. Davamı

13.12.2018

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanadək, Parlament prospektində Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Bu barədə Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Davamı

11.12.2018

Bakıda bayram yarmarkalarına start verildi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Davamı

11.12.2018